Qondarma rejimin sabiq `müdafiə naziri` həbs olundu


22:33     22 Mart 2017 samvel.jpg

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin sabiq "müdafiə naziri" Samvel Babayan həbs olunub.


Bu barədə RİA Novosti erməni mediasına istinadən xəbər verir.

Sabiq "müdafiə naziri"nin "İqla" zenit-raket komplekslərinin qaçaqmalçılığı ilə bağlı cinayət işi ilə əlaqədar həbs olunduğu bildirilir.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti bir müddət əvvəl Gürcüstandan "İqla" zenit-raket komplekslərinin qaçaqmalçılıq yolu ilə Ermənistana keçirilmə cəhdi ilə bağlı məlumat yaymışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 5022